Kəlbəcərdə qəza: yaralı Bakıya gətirildi
Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vuqar Kəmaləddin oğlu Abbaslı yolu keçərkən avtomobil onu vurub. Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.