Ukraynaya illik 40 milyard dollar ayırmağa yaxınıq - Sikorski
NATO ölkələri Ukraynaya hər il 40 milyard dollarlıq hərbi yardım ayırmaq barədə razılaşmaya daha yaxındır.
BUTA.TV xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski NATO XİN başçılarının Praqada keçirilən qeyri-formal görüşünün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.
“Görüşün nəticəsi olaraq biz Ukraynaya illik 40 milyard dollar məbləğində hərbi yardımın ayrılması mexanizmini yaratmağa daha yaxınıq. Bu məbləğin yarısı ABŞ tərəfindən, qalan 20 milyard dollar isə digər müttəfiq dövlətlər arasında bölünəcək”, - Sikorski bildirib.