ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını açıqlayıb.

BUTA.TV xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, İsrail və HƏMAS arasında mümkün razılaşma 6 həftəlik atəşkəsi özündə ehtiva edir.

Bayden əlavə edib ki, Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən qoşunların çıxarılması da razılaşmanın müddəalarından biridir:

“İkinci mərhələdə daimi atəşkəs əldə ediləcək, növbəti mərhələdə isə Qəzza zolağı yenidən qurulacaq”.