Moskva metrosunda qatarda baş verən tüstülünmə səbəbindən sərnişinlər “Sportivnaya” stansiyasına təxliyə ediliblər.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın operativ xidmətləri məlumat yayıb.

Bildirilib ki, metropolitennin “Sokolniçeskaya” xəttininin “Universitet” stansiyasından “Mədəniyyət Parkı” stansiyasına kimi hərəkət dayandırılıb.

Tüstülənmənin hansı səbəbdən baş verdiyi məlum deyil.