Əfqanıstanda qayıq aşdı: 20 nəfər öldü
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində qayığın aşması nəticəsində 20 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, Mohmand Dar rayonunda göyərtəsində 25 nəfərin olduğu qayıq çayda aşıb.
Məlumata görə, yalnız 5 nəfəri xilas etmək mümkün olub. Qalan 20 nəfər, o cümlədən uşaqlar və qadınlar ölüb.