Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 26-da saat 16 radələrində baş verib.

Araşdırma zamanı məlum olub ki, 1959-cu il təvəllüdlü Mahir Quliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürüb, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdiriliblər, hazırda müalicələri davam edir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.