Bakının Sabunçu rayonunda 31 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Rasim Etibar oğlu Əhmədov bazarda tanışı ilə mübahisə zamanı ürəyindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi