Azərbaycanda İH əməkdaşının qulağını kəsdilər
Şahbuz rayonunda İcra Hakimiyyətində çalışan şəxsin qulağı kəsilib.
BUTA.TV xəbər verir ki. bu barədə əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.
O, “əşyayi dəlil” kimi kəsilmiş qulaq şəkli də paylaşıb.
H.Oğuz həmin şəxsin bir neçə gün öncə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Söhrab Məhərrəm oğlu Kərimov olduğunu vurğulayıb.
Jurnalistin paylaşdığı məlumatla bağlı DİN-ə sorğu göndərilib.