Azərbaycan Mərkəzi Bankının (AMB) Data Departamentinə direktor təyin edilib.

BUTA.TV xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Vüqar Məsimova həvalə olunub.

O, bundan əvvəl qurumun İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri vəzifəsində çalışıb.