Türkiyə səfiri Merihə görə Almaniya XİN-ə çağırıldı
Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şən Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Buna səbəb Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyundan sonra Türkiyə millisinin üzvü Merih Dəmiralın Bosqurd işarəsi göstərməsi olub.