Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarını (ABŞ) 4 İyul – Müstəqillik Günü münasibətilə təbrik edib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN X hesabında paylaşım edib.

“ABŞ-ı 4 İyul – Müstəqillik Günü münasibətilə təbrik edirik. Bütün amerikalılara xoş bir bayram arzulayırıq”, - məlumatda bildirilib.