Prezident Aleksandr Vuçiçin Kosovaya məxsus PUA-ların Serbiyanın hava məkanını pozması ilə bağlı fikirləri həqiqəti əks etdirmir.

BUTA.TV xəbər verir ki, bu barədə Kosova Müdafiə Nazirliyi məlumat yayıb.

“Kosova Təhlükəsizlik Qüvvələrinin arsenalında “Bayraqdar TB2” PUA-ları mövcuddur. Sözügedən PUA-ların əməliyyatları, normal olaraq Kosova ərazisi daxilində, heç bir qonşu ölkəyə casusluq niyyəti olmadan və hər hansı bir dövlətin hava məkanını pozmadan həyata keçirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl A.Vuçiç Kosovaya məxsus “Bayraqdar”ların Serbiya hava məkanını pozduğunu açıqlamışdı.

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı