Avro-2024: Yarımfinal cütləri müəyyənləşdi
Avropa çempionatının 1/4 finalında keçirilən son görüşlərdən sonra yarımfinal cütləri bəlli olub.
BUTA.TV xəbər verir ki, 1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı mübarizədən kənarlaşdıran Fransa ilə qarşılaşacaq.
Digər yarımfinal matçında isə Niderland İngiltərə ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.