Rusiya ordusu Ukraynaya məxsus “Patriot” kompleksinin iki ədəd buraxılış qurğusunu məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İsgəndər” əməliyyat-taktiki kompleksinin ekipajı Odessa vilayətinin Yujnoye kəndi ərazisində Ukrayna ordusuna məxsus “Patriot” zenit-raket kompleksinin batareyasının mövqeyinə zərbələr endirib. Zərbə nəticəsində iki “Patriot” hava hücumundan müdafiə sisteminin buraxılış qurğusu və bir “Zürafə” radar stansiyası məhv edilib”, - məlumatda qeyd olunub.