Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü
Bakıda faciəli hadisə baş verib.
BUTA.TV Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.
Ora sünnət olunmaq üçün aparılan Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.
Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.