Napoleonun tapançaları fantastik qiymətə satıldı
Napoleon Bonapartın intihara cəhd etdiyi iki tapançası hərracda 1,69 milyon avroya satılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Osenat” hərrac evi məlumat yayıb.
Bildirilib ki, Napoleonun 1814-cü ildə taxt-tacdan əl çəkdikdən sonra özünü vurmaq istədiyi silahlar 7 iyulda satılıb.