Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla, azı 100 nəfər qaçırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Ervin Massinqa məlumat yayıb.

"Oromiya və Amhara ştatlarında baş verən son adam oğurluqları göstərir ki, uzun sürən münaqişə cinayətkarları necə cəsarətləndirir və qanunun aliliyini zəiflədir", - səfir X sosial hesabında yazıb.

Onun sözlərinə görə, hücum edənlər Oromo dilində danışıblar. Qaçırılan ailələrdən əsirləri azad etmək üçün 17500 dollar ödəmələri istənilib.

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı