Avropa Birliyi "Xarici agentlər haqqında" qanuna görə Gürcüstanın birliyə inteqrasiyası prosesini dayandırıb.

BUTA.TV xəbər verir ki, bunu Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski bildirib.

O qeyd edib ki, həmçinin Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dayandırılıb.