Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

“BUTA TV” APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

***

Bakıda 9 saylı poliklinikada yanğın törədən şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayılıb.

Bbildirilib ki, 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.