Avropa çempionatında yarımfinal mərhələsinin Niderland - İngiltərə matçından öncə hər iki komandanın azarkeşləri arasında dava olub.

BUTA.TV xəbər verir ki, Dortmund şəhərində Niderland tərəfdarlarından bir neçəsi ingiltərəli fanatların üzərinə hücum ediblər.

İnsident nəticəsində hücuma məruz qalan 5 azarkeş yaralanıb.

Qeyd edək ki, Niderland - İngiltərə matçı saat 23:00-da başlayacaq.