Avstriyada təlim-məşq toplanışı keçən "Qarabağ"ın yoxlama oyunundakı son rəqibi bəlli olub.

BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası iyulun 16-da iki matça çıxacaq.

Azərbaycan çempionu ilk görüşdə Xorvatiya təmsilçisi “Slaven” (Belupo) ilə qarşılaşacaq. "Qarabağ" günün ikinci matçında “Əl Şabab”la (BƏƏ) qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da “Kayzerslautern” (1:3) və “Viktoriya”ya (2:1) qarşı keçirib.

Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar