Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O təklif edib ki, 16 saylı Yasamal 2-ci dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Lamiyə Fərhad qızı Əıiyeva təyin edilsin:

“Eyni zamanda, 44 saylı Sumqayıt, 70 saylı Neftçala, 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin də bir sıra dairə seçki komissiyalarının də həlledici səs hüquqlu üzvlüyünə təyinatlar olub”.