Vatsapdan yeni funksiya
Vatsapa daha bir yeni funksiya əlavə olunacaq.
BUTA.TV xəbər verir ki, yeni funksiya sayəsində Vatsapda bütün söhbət mesajlarını başqa dilə tərcümə etmək imkanı olacaq.
Yenilik artıq tətbiqin 2.24.15.9 nömrəli beta versiyasında qeydə alınıb.
Əvvəlcə yalnız altı dilin - rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır, lakin siyahı genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil.