“Zirə” - “Şerif” oyununun biletləri satışda
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununun biletləri sabah - iyulun 14-ü saat 12:00-dan satışa çıxarılacaq.
BUTA.TV xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”, “Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.