Rusiya ərazisində 40 ildən sonra ilk dəfə Yay Olimpiya Oyunları yayımlanmayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın iki əsas dövlət kanalı Olimpiadanın Rusiyanın himni və bayrağı olmadan yayımlanmasının mümkün olmadığını bildirib.

Qeyd edək ki, sonuncu dəfə SSRİ 1984-cü ildə Los-Ancelesdə keçirilən oyunları boykot etdiyi zaman Rusiyada Olimpiya Oyunları göstərilməmişdi.