Putinlə Lukaşenkonun növbəti görüşü... - Peskov
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun növbəti görüşünün vaxtı bəlli deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.
“Biz sizə vaxtında məlumat verəcəyik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Lukaşenko yaxın vaxtlarda Putinlə görüşdə Ukrayna ilə bağlı addımları müzakirə edəcəyini bildirmişdi.