ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında mitinqdə atəş açdığı iddia edilən şəxsdən təxminən 120-150 metr aralıda olub.

BUTA.TV xəəbər verir ki, CNN telekanalı Trampla atəş açan şəxsin arasındakı geolokasiya mövqelərini analiz edib.

Bildirilib ki, şübhəli mitinqin arxasından bir neçə dəfə atəş açıb.

Hüquq-mühafiə orqanlarından CNN-ə bildiriblər ki, atəş açan şəxs mitinqin keçirildiyi yerdən aralıda yerləşən binanın damında olub.