Kürdəmirdə sürücü qadın sərnişini döydü
Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.
Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Tubu Musa qızı Kərimovanı döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.
Faktla bağlı araşdırma aparılır.