Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir

BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nümayəndəsi Murad Camalov bildirib.

"İqlim modellərinə əsasən, 2020-2040-ci illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20% azalacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.