Hindistan şirkəti AÇG və BTC layihələrində “Equinor”dan pay aldı
Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615 % payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında qeyd olunub. yayıb.
Bildirilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.