ABŞ Rusiyada casusluqda təqsirli bilinən Amerika vətəndaşı Evan Qerşkoviçin azad edilməsinə və vətəninə qayıtmasına nail olmaq cəhdlərini dayandırmaq niyyətində deyil.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.

“Birləşmiş Ştatlar onu evə qaytarmaq üçün səylərini dayandırmayacaq”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Rusiyada casusluqda ittiham olunan E.Qerşkoviç 16 il müddətinə azadlıqdan məhrum edilib.

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı