Aygün: Metroda gedəndə heç kim mənə baxmırdı - VİDEO
Xalq artisti Aygün Kazımova maraqlı açıqlamalar verib.
BUTA.TV milli.az-a istinadla xəbər verir ki, müğənni qonaq olduğu "İncə səhər" verilişində sənət yoluna nəzər salıb. 80-ci illərə qayıdan Aygün metrodan istifadə edən vaxtlarında qarşısına qoyduğu məqsədi etiraf edib.
İnsanlar tərəfindən o zaman tanınmadığını deyən Kazımova indiki şöhrətinin xəyallarından danışıb.