Amerikalı jurnalist Riçard Qoldberqin Tehranda baş vermiş sui-qəsddən bir neçə saat əvvəl etdiyi paylaşım rezonans doğurub.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, jurnalistin İsrail aviasiyası ilə bağlı paylaşımı HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi hadisəsi ilə əlaqələndirilib.

Jurnalist Riçard Qoldberq İsmayıl Haniyənin öldürülməsindən bir neçə saat əvvəl X hesabında yazıb:

"Bu gecə İsrail Hərbi Hava Qüvvələri öz gücünü göstərəcək".