Bu gün səhər saatlarında Sudan lideri, ölkənin Suveren Şurasının rəhbəri Əbdül Fəttah Əl-Burhana sui-qəsd cəhdi edilib.

BUTA.TV xəbər verir ki,bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Əl-Burhan ölkənin şərqində yerləşən hərbi hissələrin birində olarkən PUA hücumuna məruz qalıb.

Hücum nəticəsində Əl-Burhan sağ qalsa da, 5 nəfər ölüb.

Hadisə ilə bağlı məsuliyyəti heç bir qurum öz üzərinə götürməyib.

İki PUA məhv edilib.