“ABŞ-nin təşəbbüslərinə qoşulan ölkələr tam məsuliyyət daşıyacaq”.

“BUTA.TV” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” hesabında yazıb.

Bəqayi Koreya atalar sözünə istinad edərək Vaşinqtonun arxasınca gedən dövlətləri hədəf alıb: “Leyləyin arxasınca uçmağa çalışan sərçə sonda ayaqlarını sındıracaq”.

O, “dəniz təhlükəsizliyi” və ya “naviqasiya azadlığını qorumaq” adı altında Hörmüz boğazında ABŞ-nin mümkün hərbi təşəbbüslərinə qoşulmağı planlaşdıran ölkələrə sərt xəbərdarlıq edib.

XİN sözçüsü qeyd edib ki, İrana qarşı təcavüzkar addımlarda və ya iqtisadi sanksiyalarda birbaşa və ya dolayı iştirak, o cümlədən bölgəyə dəniz qüvvələrinin yerləşdirilməsi, hərbi-logistika avadanlıqlarının təminatı və şəxsi heyət dəstəyi düşmənçilik aktı kimi qiymətləndiriləcək.

İsmayıl Bəqayinin sözlərinə görə, belə bir iştirak BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini kobud şəkildə pozur və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən birbaşa “təcavüz aktı” sayılır.

O, “gəmiçilik azadlığının qorunması” və ya “piratçılığa qarşı mübarizə” kimi bəhanələrin bu addımların qanunsuz mahiyyətini dəyişmədiyini bildirib. Bəqayi əlavə edib ki, ABŞ ilə imzalanmış heç bir ikitərəfli müqavilə beynəlxalq hüququ pozmaq və ya İrana qarşı ABŞ-İsrail hərbi təcavüzünə qoşulmaq üçün qanuni əsas verə bilməz və bu prosesdə yer alan istənilən dövlət yaranacaq nəticələrə görə tam məsuliyyət daşıyacaq.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş Natiq Əliyevin qızından şikayətçi olan da general imiş