Azərbaycanda eyni adamlara məxsus şirkətlər ləğv olunub.

BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar "Rİ Engineering", "R Standart", "R Machinery", "R Logistic" və "R Service" şirkətləridir.

2017-ci ilin iyun ayında dövlət qeydiyyatına alınan şirkətlərin hər birinin qanuni təmsilçisi Rəşad Hüseyn oğlu İbrahimovdur.

Bundan əlavə, 2017-ci ilin aprelində Leyla Şahin qızı Həsənovanın qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınan "LK Engineering", "LK Service" və "LK Logistic" şirkətləri də ləğv olunub.

Həmçinin, 2016-cı ilin iyununda Vasif İbrahim oğlu Məmmədovun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınmış "L Machinery" və "LStandart" şirkətləri də ləğv olunduğunu elan edib.

Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu