İtaliyanın "ITA Airways" şirkəti Yaxın Şərqdə baş verən hadisələrə görə Təl-Əvivə uçuşları dayandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

“Bəli, bəzi digər şirkətlər kimi biz də sərnişinlərin və ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün avqustun 1-dən Təl-Əvivə uçuşları dayandırdıq”, - deyə şirkət bildirib.

Qeyd edək ki, daha öncə İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsrailə, eləcə də Livana səfərlərini təxirə salmağı tövsiyə edib.

Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar