Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb.

“BUTA.TV”nun məlumatına görə, onun cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndi ərazisindəki boş torpaq sahəsində aşkarlanıb.

İlkin müayinə zamanı mərhumun üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - Hadisə yerindən görüntülər Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - Hadisə yerindən görüntülər