Rusiya Prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduronu BRİKS sammitinə dəvət edib.

BUTA.TV xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Gil Pinto X hesabında yazıb.

Qeyd edək ki, BRIKS sammiti oktyabrda Kazanda keçiriləcək.

Bu ilin fevral ayında Maduro Venesuelanın tezliklə BRİKS-ə üzv olacağını açıqlayıb.