ABŞ 1 il ərzində 200-dən çox nüvə başlığı əldə edib
2023-cü ildə Pentaqon keçmiş prezidentlər Barak Obama və Donald Tramp, eləcə də hazırkı prezident Co Bayden tərəfindən pul ayrılması sayəsində 200-dən çox sursat əldə edib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın mİlli Nüvə Təhlükəsizliyi Agentliyinin rəhbəri Cill Hrubi deyib.
“Bu, Soyuq müharibə bitdikdən sonra bir il ərzində ən böyük tədarükümüzdür. Bu nailiyyət Rusiya və Çinlə müqayisədə potensiallarımızı uyğunlaşdırmağa kömək etməlidir”, - Hrubi bildirib.