Qəzza zolağının milli iqtisadiyyat nazirinin müavini Əbdülfəttah əz-Zariya İsrailin bombardmanı nəticəsində həlak olub.

BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Fələstin anklavının media əlaqələri departamenti çıxış edib.

“Əbdülfəttah əz-Zariya düşmən təyyarələrinin birbaşa endirdiyi zərbə nəticəsində həlak olub”, - deyə bildirilib.

Nazir müavininin harada öldüyü barədə məlumat verilmir.