Paytaxtda marşrut avtobusunun sürücüsü qəza törədib.

BUTA.TV xəbər verir ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində baş verən qəzada 9 maşına zərər dəyib.

Belə ki, avtobus parkinqdəki avtomobillərlə toqquşub.

Qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.