İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair potensial sazişi irəli sürməmək qərarına gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” televiziyası məlumat yayıb.

Bildirilib ki, Netanyahu ABŞ-dakı siyasi vəziyyət, Amerika lideri Co Baydenlə fikir ayrılığı, eləcə də Ər-Riyadın Qəzza zolağında atəşkəs tələbi ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması planının icrasından vaz keçib.

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı