Dəhşət: 20 yaşlı gənc qəbiristanlıqda asılmış halda tapıldı
Bərdədə 20 yaşlı gənc qəbiristanlıqda asılmış vəziyyətdə tapılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Mahir Vüsal oğlu Dursunovun meyiti kənd qəbiristanlığında olan su çənindən asılmış vəziyyətdə aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.