Bakıda insident: 43 yaşlı kişi vəhşicəsinə döyüldü
Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Ramin Sahib oğlu Həsənov bir neçə nəfərin hücumuna məruz qalıb. Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.
Hadisənin təfərrüatı araşdırılır.