Türkiyə Superliqasının 3-cü turunda keçiriləcək 3 oyun təxirə salınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, oyunların təxirə salınmasının səbəbi "Qalatasaray", "Trabzonspor" və "Başakşəhər"in avrokubokların pley-off mərhələsində mübarizə aparmasıdır. Beləliklə, “Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” oyunları təxirə salınıb. Avropa Liqasının pley-off yarışında çıxış edəcək "Beşiktaş"ın yerli liqada oyunu isə əvvəlcədən nəzərdə tutulan vaxtda keçiriləcək.

Yekun təqvim daha sonra elan olunacaq.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş Natiq Əliyevin qızından şikayətçi olan da general imiş