"Qalatasaray" səfərdə qalib gəldi, liderliyə yüksəldi
Türkiyə Superliqasında ikinci tur start götürüb.
BUTA.TV xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Konyaspor”la görüşüb. Rəqibini məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini (2-1) qazanıb.
Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb.