Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb.

BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb.

Elşən Mirzəyev idarə etdiyi "Hunday H 65" markalı yük avtomobili ilə yolu keçən Əlövsət Lətifovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.