Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın xarici işlər nazirləri Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda texniki işlərin davam etdirilməsini alqışlayıblar.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirləri Devid Lemmi, Fransanın XİN başçısı Stefan Sejurne, Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Annalena Berbok və İtaliyanın xarici işlər naziri Antonio Tayaninin yaydığı birgə bəyanatda bildirilib.