Bakı şəhərinin Nərimanov rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

General Natiq Əliyevin qızı saxlanıldı General Natiq Əliyevin qızı saxlanıldı